Yüngül Atletka üzrə "İdman ustası" Nağıyev Əmrah qonağımız oldu

Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!


Added by MiAmigo
153 Views
Nağıyev Əmrah- 2016-ci ildən yüngül atletika ilə məşğuldur. 5 il ərzində Naxçıvan idmanında öz uğurları ilə seçilən idmançı olub və dəfələrlə Naxçıvan cempionu olub. 15 dəfə Naxçıvan Muxtar Respublika birinciliklərinin qalibi olan Əmrah muxtar respublikadan kənarda keçirilən yarışlarda da iştirak edərək uğurlu nəticələr əldə etmişdir. 2017-ci ildə Bakı şəhərində yüngül atletikanın qaçış növü üzrə Azərbaycan birinciliyində 1500 m məsafəyə qaçış üzrə II, 3000 m məsafəyə qaçış üzrə 1, 2018-ci ildə "Küləyə qalib gal" devizi altında "Bakı marafonu 2018" yarışında 18000 idmançı içində XII, Yüngül Atletikanın kross qaçışı üzrə Azərbaycan çempionatında 6000 metr məsafəyə qaçışda 1, 2019-cu ildə Azərbaycan qış birinciliyində III, Azərbaycan çempionatında II, "Küləyə qalib gəl" devizi altında "Bakı marafonu 2019" yarışında VII, Gürcüstanın paytaxtı Tbilisidə keçirilən səkkizinci "Tbilisi marafonu"nda VII, 2020-ci ilin ilk üç ayında Respublika Olimpiya Mərkəzində "20 yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş atletika üzrə keçirilən qış ölkə çempionatında 3000 metr məsafəyə qaçış üzrə 1, 1500 metr məsafəyə qaçış üzrə II, Türkiyə Cümhuriyyətinin Antalya şəhərində keçirilən XV Beynəlxalq Runatolia Marafonunda 21 yaş qrupunda II, böyüklər arasında XVII yerin sahibi olmuşdur. İdmançı ümumilikdə 42 qızıl, 12 gümüş, 10 bürünc medalın sahibidir. Nağıyev Əmrah Azərbaycan yığma üzvüdür. Bütün bu nailiyyətlərinə görə idmançı 5 mart 2020-ci ildə Naxçıvan şəhərində keçirilən "İdman festivalı"nda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "İdman ustası" fəxri adına layiq görülmüşdür.
Category
JAKOB INGEBRIGTSEN
Tags
Yüngül Atletka üzrə İdman ustası, Nağıyev, Əmrah
Commenting disabled.